IMG-LOGO

Azərbaycanda qayınanasını baltalayıb qaçan gəlinin meyiti tapıldı

29.08.2024 12:40 32 baxış
IMG

Bir müddət əvvəl Daşkəsəndə gəlinin qayınanasını baltalayıb qaçması barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, qayınanasını baltalayıb qaçan Səidə Həsənovanın meyiti hadisənin baş verdiyi evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə iyulun 27-də baş verib. Qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş./oxu.az

Xəbər lenti