IMG-LOGO

Küçədə yüksək səs salan uşağı GÜLLƏLƏDİ

28.08.2024 15:54 65 baxış
IMG

Türkiyədə məhəllənin satıcısı azyaşlını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantep şəhərində baş verib. Məhəllə mağazasının adı açıqlanmayan satıcısı küçədə yüksək səs salaraq uşaqlarla oynayan 10 yaşlı Emin Baki Bayındıra ov tüfəngi ilə atəş açıb.

Bədəninin müxtəlif yerlərindən güllə yaraları alan azyaşlı özəl xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Xəbər lenti