UEFA "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olmuş İsrailin "Makkabi" (Hayfa) klubunu cərimələyib.
"Report" xəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin Hayfa klubu ilə Macarıstanda gerçəkləşən ilk matçına hüququ qiymət verib.
İsrail klubu Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionundakı görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 46 750 avro ödəməli olacaq.
Qeyd edək ki, qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıdakı oyunun əlavə vaxtında 3:6 hesabı ilə uduzan "Sabah" penaltilər seriyasında (3:2) sevinən tərəf olub.
Bizim Telegram kanalımıza abunə olun