UEFA AFFA-nı 2 500 avro cərimələyib.
"Report"un məlumatına görə, buna qadın futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstana Bakıda uduzduğu Avropa çempionatının seçmə mərhələ oyunundan sonra yaşananlar səbəb olub.
Milli assosiasiya qarşılaşmadan sonra meydana kənar şəxslər girdiyi üçün cərimə ödəməli olacaq.
Qeyd edək ki, görüş macarların 5:0 hesablı qələbəsi ilə bitib.
Bizim Telegram kanalımıza abunə olun