IMG-LOGO

81 saylı İmişli seçki dairəsi üzrə ən yaşlı seçicinin 112 yaşı var

28.08.2024 08:53 102 baxış
IMG

81 saylı İmişli seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər Milli Məclisə növbədənkənar keçirilən seçkilərdə səs verəcək.

"Report"un Muğan bürosunun məlumatına görə, o, 1912-ci il təvəllüdlü Məmmədova Cahan Həsən qızıdır. 112 yaşlı seçici rayonun Qaraqaşlı kəndində yerləşən 29 saylı seçki məntəqəsində qeydiyyatdadır.

Qeyd edək ki, 81 saylı İmişli seçki dairəsində 7 namizəd qeydə alınıb. İki namizəd partiya tərəfindən, 5 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 50 244 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 52 seçki məntəqəsi mövcuddur. Altı məntəqədə veb kameralar quraşdırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti