İngiltərənin "Brayton" klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-mavilər" "Fənərbağça"dan ayrılan Fərdi Kadıoğlunu heyətinə qatıb.
24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, "Fənərbağça"nın heyətində 6 mövsü keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə "sarı-lacıvərdlilər"lə Türkiyə kubokunu qazanıb.
Bizim WhatsApp kanalımıza abunə olun