Türkiyənin "Antalyaspor" klubu İngiltərə təmsilçisi "Luton"dan transfer etdiyi Andros Taunsendi qeydiyyatdan keçirə bilməyib.
"Report" "BBC Sport"a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Superliqa təmsilçisi ilə müqavilə imzalasa da, FIFA-nın qoyduğu qadağa qüvvəyə mindiyi üçün oynaya bilmir.
Buna səbəb "Antalyaspor"un iki keçmiş futbolçusuna borclu qalmasıdır. FIFA-nın qaydalarına görə, yalnız bu borclar ödənildikdən sonra A.Taunsendin transferi rəsmiləşə bilər. Futbolçu komanda ilə birlikdə məşqlərə qoşulsa da, rəsmi oyunlara çıxa bilmir.
Qeyd edək ki, "Antalyaspor" klubu Superliqada 3 oyundan sonra 4 xalla yeddincidir.
Bizim Telegram kanalımıza abunə olun