IMG-LOGO

"Portu" öz yetirməsini İngiltərə klubundan icarəyə götürüb

27.08.2024 17:52 60 baxış
IMG

Portuqaliyanın "Portu" klubu İngiltərə təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Fabiu Vieyra ilə müqavilə bağlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubu 24 yaşlı futbolçunu satınalma hüququ olmadan bir mövsümlük icarəyə götürüb.

Portuqaliyalı futbolçu "Portu"nun yetirməsidir və 2022-ci ilə qədər məhz bu klubda çıxış edib.

Qeyd edək ki, F.Vieyra 2023/2024 mövsümündə "Arsenal"ın heyətində meydana çıxdığı 17 matçda 2 qola, 3 məhsuldar ötürməyə imza atıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti