Burada 38 bina var. Hər şey hazırdır, sentyabrın 1-i öz seçicilərimizi gözləyirik.
Bunu "Report"un Qarabağa ezam olunan müxbirinə 84 saylı Seçki Dairəsinin 77 saylı seçki məntəqəsinin katibi Nabat Namazova deyib.
O bildirib ki, məntəqədə 1043 nəfər seçici var: "Məntəqə seçkiyə tam hazırdır, seçicilərə bildirişlər paylanılıb. İlk dəfə prezident seçkiləri keçirildi və seçicilər fəal iştirak etdilər. Parlament seçkilərində də fəallığın olacağınızı gözləyirik".
Foto: Vüqar Xanlarov
Bizim WhatsApp kanalımıza abunə olun