IMG-LOGO

Türkiyəli məşhur aktrisa vəfat edib

27.08.2024 17:16 195 baxış
IMG

Türkiyəli məşhur aktrisa Sevil Üstekin vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

"Yeşilçam" ulduzlarından olan mərhum aktrisa “Şaban oğlu Şaban”, “Kapıcılar Kralı” və bir çox məşhur film və seriallarda çəkilib.

O, həmçinin bir çox teatrlarla əməkdaşlıq edib.

Qeyd edək ki, S.Üstekinin 79 yaşı var idi.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti