Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 33 yaşlı Behbudov Namiq Tanrıverdi oğlu Dəyirman yolunda yerləşən "Turan" marketin qarşısında bıçaq xəsarəti alaraq, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin Məmmədov Rahiz Rafiq oğlu tərəfindən törədildiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.