Bakıda arvad ərini bıçaqlayıb.
Nizami rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, avqustun 26-də saat 4 radələrində Nizami rayonu ərazisində 45 yaşlı Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 26 yaşlı Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.