IMG-LOGO

Novak Cokoviç ABŞ Açıq çempionatında növbəti raunda yüksəlib

27.08.2024 09:16 40 baxış
IMG

Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 37 yaşlı idmançı ilk mərhələdə moldovalı Radu Albotla üz-üzə gəliib.

Qarşılaşma Cokoviçin inanlı qələbəsi ilə yekunalaşıb - 3:0 (6:2, 6:2, 6:4)

O, ikinci raundda həmyerlisi Laslo Dyere ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 75 milyon ABŞ dollarıdır. Cokoviç son olaraq Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti