İtaliya çempionatının 2-ci turunun yekun matçında "Yuventus" "Verona"nın qonağı olub.
"Report" xəbər verir ki, Turin klubu görüşdə meydan sahiblərinin qapısından 3 cavabsız top keçirib.
28-ci dəqiqədə Kenan Yıldızın ötürməsini Duşan Vlahoviç qola çevirib. İkinci qolu Nikolo Savona vurub. 53-cü dəqiqədə Duşan Vlahoviç penaltini dəqiq yerinə yetirərək, dubla imza atıb - 0:3.
Qazanılan 3 xal "Yuventus"i lider mövqeyinə yüksəldib.
Növbəti turda "Yuventus" "Roma"nı qəbul edəcək, "Verona" isə səfərdə "Cenoa" ilə oynayacaq. Hər iki görüş sentyabrın 1-də baş tutacaq.
Bizim Telegram kanalımıza abunə olun