Bakının Nizami rayonunda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Report" xəbər verir ki, 1985-ci il təvəllüdlü Babayeva Nərmin Ağamehdi qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun