Sabirabad sakininin meyiti su kanalından çıxarılıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məmişlər və Kürkəndi kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.
Belə ki, rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Quliyev Elçin Eldəniz oğlu beton su kanalında çimərkən boğulub.
Hadisə yerinə FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən axtarışlar nəticəsində E.Quliyevin meyiti batdığı yerdən beş kilometr aralıda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun