İngiltərənin "Mançester Siti" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Portuqaliya millisinin müdafiəçisi Joao Kanselonun transferi ilə bağlı şifahi razılığa gəliblər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, asiyalılar 30 yaşlı futbolçuya mövsümlük 15 milyon avro maaş təklif edib.
"Şəhərlilər"lə müqaviləsi 2027-ci ildə başa çatacaq Kanselo yaxın müddətdə qərarını açıqlayacaq.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Joao 4 qol vurub.
Bizim Telegram kanalımıza abunə olun