IMG-LOGO

Azərbaycan millisinin basketbolçusu karyerasını başa vurub

26.08.2024 15:15 102 baxış
IMG

3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Mersedes Uolker karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan yığmasının üzvü olan oyunçu 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, bu il Yay Olimpiya Oyunlarında da yığmanın heyətində yer alıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti