UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu futbolçusu İvan Saraniçlə yollarını ayırıb.
"Report"un məlumatına görə, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Batae" komandasına keçib.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
Bizim Telegram kanalımıza abunə olun