IMG-LOGO

Türkiyədə rusiyalı və ukraynalılara aid üç qanunsuz məktəb aşkar edilib

26.08.2024 12:06 179 baxış
IMG

Türkiyənin Antalya şəhərində rusiyalı və ukraynalılara aid üç qanunsuz məktəb aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində “oyun evi” adı altında fəaliyyət göstərən üç qanunsuz məktəb və uşaq bağçası müəyyənləşib.

Məlumata görə, həmin təhsil müəssisələrində Türkiyənin məktəbləri tənqid edilirdi.

Hadisə ilə bağlı hüquqi prosedur başlanılıb.

Qeyd olunub ki, bundan əvvəl Türkiyədə iki qanunsuz rus məktəbi aşkarlanmışdı.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti