İspaniyanın "Barselona" klubu futbolçusu Vitor Rokeni icarəyə verib.
"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı braziliyalı hücumçu 2025-ci il iyunun 30-dək "Betis"də çıxış edəcək. Əndəlus klubu onu almaq hüququna da malik olacaq.
Qeyd edək ki, Vitor Roke 2023-cü ilin yayında "Barselona"ya keçmişdi.
Bizim Telegram kanalımıza abunə olun