IMG-LOGO

Bakıda klassik avtomobillərin sərgisi keçirilib

26.08.2024 09:18 106 baxış
IMG

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

"Report"un məlumatına görə, bu, Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı ilə gerçəkləşib.

Ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, səhər sakinləri iştirak ediblər.

Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti - Ağ Şəhər - Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu - Zığ şossesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti