IMG-LOGO

"Yuventus" yarımmüdafiəçisini icarəyə verib

25.08.2024 14:51 19 baxış
IMG

İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Fabio Miretti "Cenoa"ya keçib.

"Report" xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu 2025-ci ilin yayına qədər icarəyə verilib.

Qeyd edək ki, F.Miretti 2021-ci ildə "Yuventus"un əsas komandasında debüt edib. O, ümumilikdə meydana çıxdığı 75 matçda 2 qol vurub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti