IMG-LOGO

"Qarabağ"ın rəqibi Bakıya qələbə ilə gələcək

25.08.2024 10:43 17 baxış
IMG

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Zaqreb “Dinamo”su Bakıya qələbə ilə gələcək.

"Report" xəbər verir ki, komanda Xorvatiya çempionatında növbəti matçını keçirib.

“Qoritsa” ilə üz-üzə gələn Zaqreb klubu 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” matçı avqustun 28-də Bakıda keçiriləcək. Komandalar arasında avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti