IMG-LOGO

"Beşiktaş" və "Fənərbağça"nın sabiq baş məşqçisi vəfat edib

25.08.2024 09:32 15 baxış
IMG

Türkiyədə “Beşiktaş”, “Fənərbağça” və “Bursaspor” futbol komandalarını çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.

“Report” xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer 04”, “Ştutqart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brügge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu qazanmış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti