IMG-LOGO

Paytaxtda ahıl kişini avtomobil vurub

25.08.2024 03:05 15 baxış
IMG

Bakının Sabunçu rayonunda 66 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb.

"Report"un məlumatına görə, 1958-ci il təvəllüdlü Hüseynov İsfəndiyar Allahverdi oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti