IMG-LOGO

69 saylı Biləsuvar seçki dairəsi üzrə 410 nəfər ilk dəfə səs verəcək

25.08.2024 00:41 101 baxış
IMG

69 saylı Biləsuvar seçki dairəsi üzrə 410 nəfər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərdə ilk dəfə səs verəcək.

"Report"un Muğan bürosunun məlumatına görə, 53 580 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 46 seçki məntəqəsi mövcuddur.

69 saylı Biləsuvar seçki dairəsi üzrə 8 namizəd qeydə alınıb. Onlardan 4-ü partiya tərəfindən, digər 4-ü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Dairə üzrə 10 məntəqədə veb kameralar quraşdırılıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti