IMG-LOGO

Premyer Liqa: "Neftçi" heç-heçə edib

24 Aug 2024 23:01 209 baxış
IMG

Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.

"Report" xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" və "Neftçi" üz-üzə gəlib.

"Live Bona Dea Arena"da baş tutan matçda heç-heçə qeydə alınıb - 1:1.

Qarşılaşmada hesabı meydan sahibləri açıb. 16-cı dəqiqədə Ömər Buludov dəqiq zərbə müəllifi olub.

"Ağ-qaralar" yalnız 90+4-cü dəqiqədə məğlubiyyədən xilas olub. Ramil Şeydayev fərqlənib.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "Qarabağ"a səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti