IMG-LOGO

"McLaren" pilotu Formula 1 Niderland Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

24 Aug 2024 20:34 175 baxış
IMG

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" çempionatının 15-ci mərhələsinin - Niderland Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

"Report" TASS-a istinadən xəbər verir ki, ikinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. Üçüncü isə Norrisin komanda yoldaşı avstraliyalı Oskar Piastri olub.

Əsas yarış avqustun 25-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti