IMG-LOGO

Premyer Liqa: "Turan Tovuz" "Qarabağ"a qalib gəlib

24.08.2024 20:17 102 baxış
IMG

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib

"Report" xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb.

"Azersun Arena"da keçirilən matçda qonaqlar qələbə qazanıb - 0:1.

Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.

Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti