IMG-LOGO

Azərbaycan Premyer Liqası: "Kəpəz" darmadağınla məğlub olub

23 Aug 2024 20:53 182 baxış
IMG

Azərbaycan Premyer Liqasında IV turun görüşləri start götürüb.

"Report" xəbər verir ki, ilk oyun günü bir qarşılaşma keçirilib.

"Bayıl Arena"da reallaşan matçda "Səbail" "Kəpəz"i qəbul edib.

Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində Ayman Bouali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 24 və 25 avqustda keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti