IMG-LOGO

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bürünc medal qazanıb

23 Aug 2024 21:06 176 baxış
IMG

Azərbaycanın qızlardan ibarət güləşçiləri İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında üç bürünc medal qazanıb.

"Report" xəbər verir ki, Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Əmrah Əmrahov (48 kq) da bürünc medala sahib çıxıb. Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) isə mundialın qalibi olublar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti