IMG-LOGO

"Qarabağ" qanalı futbolçunun keçidini açıqlayıb

23 Aug 2024 18:07 242 baxış
IMG

"Qarabağ" növbəti transferini reallaşdırıb.

Klubdan "Report"a verilən məlumata görə, bir müddətdir İspaniyanın "Alkorkon" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameyilli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

Klub və 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. Addainin son komandası 2022-2024-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti