IMG-LOGO

Azərbaycan-Özbəkistan investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir

23.08.2024 18:14 101 baxış
IMG

Azərbaycan-Özbəkistan investisiya şirkəti ümumi dəyəri 600 milyon ABŞ dolları olan 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir.

“Report”un Daşkəndə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

“İnvestisiya şirkətinin fəaliyyəti çox səmərəlidir”, - o vurğulayıb.

Y.Abdullayev qeyd edib ki, nəzərdən keçirilən bir sıra layihələr üzrə yaxın vaxtlarda qərar qəbul ediləcək: “Bu, iki ölkə arasında sahibkarlığın sürətlə inkişafına töhfə verəcək”.

Xatırladaq ki, Azərbaycan-Özbəkistan investisiya şirkəti 2023-cü ilin fevral ayında yaradılıb. İnvestisiya şirkəti birgə layihələri maliyyələşdirəcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti