Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşı və müttəfiqidir.
"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“2025-ci ili iqtisadi əməkdaşlıq ili elan etmək barədə razılığa gəldik”, - Özbəkistan Prezidenti bildirib.
O, Azərbaycan liderinin Özbəkistana səfərini tarixi adlandırıb.
“Xüsusi məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafı baxımından tarixi hadisədir. Bu gün biz müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanğıcını simvolizə edir”.
Onun sözlərinə görə, bununla da iki ölkə arasında çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişaf etdirilməsi kursuna qəti sadiqlik təsdiqlənib.
Bizim Telegram kanalımıza abunə olun