IMG-LOGO

Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib, 16 PKK-çı öldürülüb

23.08.2024 13:02 261 baxış
IMG

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hakurk, Asos, Gara ve Metina bölgələrində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının 16 üzvü öldürülüb.

Nazirlikdən qeyd edilib ki, terrora qarşı mübarizə əzmlə, müntəzəm davam edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti