IMG-LOGO

Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlanıb

23.08.2024 02:18 163 baxış
IMG

Ermənistanın Müdafiə Nazirliyinin qulluqçusu bıçaqlanıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Əştərək rayonunda qeydə alınıb. Kirakos M. Əştərəkdəki supermarketlərdən birində 20 yaşlı Vazgen S. ilə mübahisə edib. Mübahisı zamanı Kirakos M. ona bıçaqla xəsarət yetirib.

Vazgen S. xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. Kirakos M. saxlanılıb.

Məlumata görə, Vazgen S. Müdafiə Nazirliyinin qulluqçusudur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti