IMG-LOGO

Fransanın "Lion" klubu futbolçuların əksəriyyətini satışa çıxarıb

23.08.2024 02:39 32 baxış
IMG

Fransanın "Lyon" klubu feyr-pley ilə bağlı problemlərə görə futbolçuların əksəriyyətini transferə çıxarıb.

“Report”un məlumatına görə, bu barədə “L Equipe” qəzeti xəbər verib.

Maliyyə monitorinqinə cavabdeh olan təşkilat "Lion"un transferlərdən 100 milyon avro qazanacağına qərar verib.

Maliyyə feyr pley qaydasının pozulacağı təqdirdə klub cərimə, balların çıxarılması, yeni gələnlərin qeydiyyata alınmasına qadağa və ya beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər. "Lion" ötən mövsüm Fransa çempionatında 6-cı yeri tutub. Cari çempionatın ilk turunda komanda "Renn"ə 0:3 hesabı ilə məğlub olub. "Lion" yeddi dəfə Fransa çempionu olub, beş dəfə ölkə Kubokunu qazanıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti