Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında qeydə alınıb. Belə ki, 1939-cu il təvəllüdlü Ələkbərov Sabir Zeynalabdin oğlu yolu keçərkən avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun