Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
"Report" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gəlib.
Matç yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.
Komanda bu gün, Bakı vaxtı ilə saat 19:15-də meydan sahibləri ilə qarşılaşacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Bizim WhatsApp kanalımıza abunə olun