IMG-LOGO

Belizin BMT-dəki daimi nümayəndəsi Azərbaycan hökumətinə təşəkkür edib

22.08.2024 15:15 166 baxış
IMG

Xarici siyasətimizin əsas prinsipləri sırasında insanların əsas haqlarının təmin olunması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması dayanır.

"Report" xəbər verir ki, bunu Belizin BMT-dəki daimi nümayəndəsi Karlos Fuller Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

Onun sözlərinə görə, insan hüquqlarının qorunması Beliz üçün ilk sırada dayanır: "Biz onilliklərlə mübarizə apardıqdan sonra BMT-də təmsilçiliyə nail olmuşuq. Xalqların mədəniyyətinə, onların siyasi, iqtisadi, sosial və təhsil sahəsində irəliləyişlərinə dəstək, sui-istifadə halları ilə mübarizə, özünüidarəetməni inkişaf etdirmə, həmçinin xalqların azad siyasi təsisatlarının mütərəqqi inkişafına kömək müstəmləkədən əziyyət çəkən ölkələrin əsas gözlənti və istəkləridir. Boneyra xalqının narahatlıqlarının dinlənilməsinə ehtiyacı var. Onlar Nyu-Yorkda BMT rəsmiləri ilə görüşlər, keçirir, çox aktiv mübarizə aparırlar. Azərbaycan hökumətinə, Bakı Təşəbbüs Qrupuna bu platformanı təmin etdiyinə, Boneyradakı müxtəlif insanların səsini eşitmək üçün bizi bir araya gətirdiyinə görə təşəkkür edirəm".

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti