IMG-LOGO

Bakıda orta məktəbdə YANĞIN

22 Aug 2024 14:44 154 baxış
IMG

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 2220 m² (hər mərtəbəsi 1110 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 25 m² olan köməkçi otağa yığılan əşyalar 10 m² sahədə yanıb.

Yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Məktəb binası yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti