IMG-LOGO

Ağdamda laqonda kişinin əlini kəsdi

22 Aug 2024 13:55 148 baxış
IMG

Ağdamda 32 yaşlı kişinin əlini laqonda kəsib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Yeni İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Abdullayev Hüseyn Adil oğlu evinin həyətində təmir işi ilə məşğul olarkən sağ əlindən xəsarət alıb. 

Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yara dərin olduğu üçün ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə diaqnostika mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy

Mənbə: lent.az

Xəbər lenti