IMG-LOGO

Azərbaycanda FACİƏ: ana və körpəsi doğuş zamanı öldü

22 Aug 2024 12:52 170 baxış
IMG

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 24 yaşlı Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi dünyasını dəyişib.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı var.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti