Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu bu gün turnirin ilkin mərhələsində növbəti matçını keçirəcək.
"Report" xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşacaq.
İsveçin Uddevalla şəhərində gerçəkləşəcək görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da səsləndiriləcək.
Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Bizim Telegram kanalımıza abunə olun