IMG-LOGO

Zaqatalada 11 yaşlı yeniyetməni avtomobil vurub, vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib

22.08.2024 02:23 34 baxış
IMG

Zaqatala rayonunda 11 yaşlı yeniyetmə yol qəzasında ağır xəsarət alıb.

"Report"un məlumatına görə, 2013-cü il təvəllüdlü Mehdizadə Fariz Tərlan oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Fakt araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti