İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Arteta ilə müqavilə müddətini artıracaq.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, hazırda 2025-ci ilə qədər sözləşməsi olan 42 yaşlı mütəxəssislə yaxın günlərdə uzunmüddətli müqavilə bağlanacaq.
Qeyd edək ki, Arteta 2019-cu ildən "topçular"ı çalışdırır. O, bu müddət ərzində iki dəfə İngiltərə kubokunu və bir dəfə İngiltərə Superkubokunu qazanıb.
Bizim WhatsApp kanalımıza abunə olun