Yunanıstanın "Panatinaikos" kollektivi İngiltərənin "Mançester Yunayted" komandasından ayrılan Fakundo Pelistrini heyətinə qatıb.
"Report" "ağ-yaşıllar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı vingerin yeni klubuna keçidi bonuslar da nəzərə alınmaqla 6 milyon avroya başa gəlib.
Bundan başqa, yunanlar uruqvaylı futbolçunu gələcəkdə başqa kluba satacaqları təqdirdə keçid məbləğinin 45 faizini "qırmızı şeytanlar"a ödəyəcəklər.
Qeyd edək ki, Pelistri son olaraq icarə əsasında İspaniyanın "Qranada" klubunda çıxış edib.
Bizim Telegram kanalımıza abunə olun