Ueyn Runi yenidən İngiltərənin "Mançester Yunayted" klubunun formasını geyinəcək.
"Report" "Mirror"a istinadən xəbər verir ki, keçmiş futbolçu Şotlandiyanın "Seltik" klubu ilə baş tutacaq xeyriyyə matçında iştirak edəcək.
Mançester təmsilçisi sabiq futbolçusunun Şotlandiya klubuna qarşı oynayacağını təsdiqləyib. Hazırda Çempionşipdə "Plimut Arqil"i çalışdıran U.Runi 2017-ci ildə "Mançester Yunyted"dən "Everton"a transfer olunub.
Xeyriyyə matçında onun keçmiş komanda yoldaşları Maykl Kerrik, Darren Fletçer, Pol Skoulz, Niki Batt, Dimitar Berbatov və Antonio Valensiya da oynayacaq. Komandanı meydana Brayan Robson çıxaracaq. Qarşılaşma sentyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, 38 yaşlı keçmiş hücumçu 2004-dən 2017-ci ilə qədər "Mançester Yunayted"in formasını geyinib. Bu müddətdə komandanın heyətində meydana çıxdığı 393 oyunda 183 qol vurub. U.Runi 2021-ci ildə futbolçu karyerasını başa vurub.
Bizim Telegram kanalımıza abunə olun