Meydanda yaşananlara baş məşqçi cavab verə bilər. Ona sualları matçlardan sonra ünvanlaya bilərsiniz.
"Report" xəbər verir ki, bunu "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında deyib.
O, nəticələrə görə baş məşqçinin cavabdeh olduğunu deyib:
"Klubun fəaliyyətini mətbuata çatdırmaq mənim vəzifə borcumdur. Digər məsələlərlə bağlı məndə dolğun informasiya olduğu üçün cavablandıra bilərəm. Baş məşqçi nəticələrə görə cavabdehdir. Mövsümün sonundakı mümkün uğursuzluq isə hamımıza aiddir".
Bizim WhatsApp kanalımıza abunə olun